Söhrab Tahir reanimasiyaya yerləşdirildi

Söhrab Tahir reanimasiyaya yerləşdirildi
calendar 14 oktyabr 2015
clock 09:30

Xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairi hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindən müalicə olunur: “Dünən səhhətində problem yaranıb, vəziyyəti ağırlaşıb. Yaxınları xəstəxanaya aparıblar, həkim müdaxiləsindən sonra səhhəti normallaşıb. Həkimi ilə danışdıq, hazırda səhhətində ciddi, qorxulu bir şey yoxdur, müalicələri davam edir”.

89 yaşlı xalq şairi S. Tahirin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

view 1373 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news