Bakıda mədəniyyət festivalı keçiriləcək

Bakıda mədəniyyət festivalı keçiriləcək
calendar 23 avqust 2017
clock 12:00

Avqustun 23-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək.

“AIESEC”in “facebook” səhifəsi xəbər verir ki, “Global Village” mədəniyyət festivalında “AIESEC” Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana Global Volunteer proqramı ilə dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AIESEC”-Azərbaycan tərəfindən təşkil olunmuş müxtəlif layihələrdə çalışırlar.

Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət-ənənələrindən zövq ala bilər. Çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə etmək olar.

Qeyd edək ki, “Global Village” “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng mədəniyyət festivalıdır.

AZƏRTAC

view 1189 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news