Seks qalmaqalına görə 5 milyon təzminat

Seks qalmaqalına görə 5 milyon təzminat
calendar 27 oktyabr 2017
clock 10:56

Xəbər verdiyimiz kimi, Hollivud prodüseri, “Oskar” mükafatı laureatı Harvi Vaynşteyn seksual təcavüzlərə görə qınaq obyektinə tuş gəlmişdi.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur prodüserin The Weinstein Company şirkəti məhkəməyə verilib.

Dominik Xeuk adlı aktirsa Veynşteynə görə şirkətdən 5 milyon dollar təzminat istəyir.

Harvi Vaynşteyn öz kinoşirkətində aktrisalara və onunla əməkdaşlıq edən xanımlara seksual təcavüz etməkdə ittiham olunaraq öz kinoşirkətindən qovulub, tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Ancelina Coli, Eşli Çad, Rouz Makqoun, Şeron Vaksman prodüseri seksual təcavüz, intim təkliflər etməkdə ittiham edənlər sırasında, Keyt Blanşet, Meril Strip, Prezident Donald Tramp və eks president Barak Obama onu qınayanlar sırasındadır.

view 1868 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news