Azərbaycan UNESCO komitəsinə üzv seçilib

Azərbaycan UNESCO komitəsinə üzv seçilib
calendar 6 iyun 2018
clock 16:11

Azərbaycan dörd il müddətinə UNESCO-nun qeyri-maddi Mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin mühüm əhəmiyyətli üzvlərindən biri seçilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov “Twitter”də yazıb. O bildirib ki, Azərbaycan 2018-2022-ci illərdə komitənin üzvü olacaq.

Qeyd edək ki, Komitəyə seçilən 12 üzv ölkə sırasına Niderland, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Küveyt də daxildir.

UNESCO-nun qeyri-maddi Mədəni irs Hökumətlərarası Komitəsi – qalan, eyni zamanda irs olaraq tanınan və nəsildən nəsilə köçürülən şifahi izahatlar, ənənələr, misallar, məlumat və digər mədəni məkanların qorunmasını qarşısına məqsəd qoyur.

view 1593 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news