Tiflisdə Axundovun 206 yaşı qeyd olunub

Tiflisdə Axundovun 206 yaşı qeyd olunub
calendar 2 iyul 2018
clock 10:05

Tbilisidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 206-cı ildönümü qeyd olunub.

APA-nın yerli bürosunun məlumatına görə, M. F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində yazıçının xatirəsinə həsr olunmuş tədbirdə Gürcüstanın azərbaycanlı ziyalı və gəncləri iştirak edib.

Tədbirdə M. F. Axundovun və onun ailə üzvlərinin Gürcüstan Milli Arxivində saxlanılan foto şəkilləri sərgilənib. Daha sonra yazıçının həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva dramaturqun Tbilisidəki həyatı və yaradıcılığı barədə danışıb.

Sonda M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi adından bir qrup gəncə Azərbaycan-Gürcüstan mədəni və dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkürnamələr təqdim olunub. Təşəkkürnaməyə layiq görülmüş gənclər arasında APA agentliyinin Gürcüstan müxbiri də yer alıb.

Qeyd edək ki, M. F. Axundov 1812-ci ilin iyunun 30-da Azərbaycanın Şəki şəhərində anadan olub. O, 1878-ci il fevralın 26-da vəfat edib və Tbilisidə Botanika bağı ərazisində yerləşən panteonda dəfn olunub.

view 1070 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news