Yeni ədəbiyyat saytı fəaliyyətə başlayır

Yeni ədəbiyyat saytı fəaliyyətə başlayır
calendar 30 mart 2019
clock 09:53

Aprelin 1-də yeni ədəbiyyat və sənət portalı (Kibrit.info) fəaliyyətə başlayacaq.

Bu barədə Kulis.aza saytın redaktoru şair, publisist Hikmət Nazim məlumat verib: "Bir neçə ay bundan qabaq elan etdiyim ədəbiyyat və sənət portalı nəhayət hazırdır: Kibrit.info. Son tamamlama işləri gedir. Aprel ayının 1-dən fəaliyyətə başlayırıq".

"Kibrit.info biznes layihəsi deyil, yəni öz hesabıma saxlayacam. Dəstək olmaq istəyənlərin isə əlindən vurmayacam" - deyə o, əlavə edib.

Saytda "xəbər-ətər", "söz oyunu", "art haus", "motiv", "kürsü", "həyat" ana bölmələrinin daxilində poeziya, proza, esse, kino, teatr, musiqi, rəsm, foto kimi bölmələrlə yanaşı, araşdırma, müsahibə, tənqid, vəsfi-hal və reportaj, elm və texnologiya, tarix, media bölmələri də var ki, müxtəlif sənət sahələrinə aid tənqidi, araşdırma və publisistik yazıları əhatə edəcək.

view 3327 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news