Süleyman Ələsgərovun adına küçə verilib

Süleyman Ələsgərovun adına küçə verilib
calendar 22 aprel 2019
clock 13:38

Bakıda bəstəkar, xalq artisti Süleyman Ələsgərovun adına küçə verilib.

Bu barədə ONA-ya bəstəkarın nəvəsi, əməkdar artist Tahir İmanov məlumat verib.

O bildirib ki, Süleyman Ələsgərovun adına küçənin təsdiqlənməsi göstərişi bu gün Prezident İlham Əliyev tərəfindən verilib: “Süleyman Ələsgərovun adı Bakı Musiqi Akademiyasının ətrafında olan küçələrdən birinə verilib. Bizim üçün bu, çox əhəmiyyətlidir. Çünki bizim ailəmiz də istəyirdi ki, babamızın adı bizim ürəyimizcə olan bir küçəyə verilsin. Süleyman Ələsgərov Şuşadan Bakıya gələndən sonra birbaşa Konservatoriyaya gedib və Üzeyir Hacıbəyov onu qəbul edib. Qalmaq üçün yeri olmadığını öyrənəndə ona Konservatoriyada yaşamağa imkan yaradıb. Buna görə də Bakı Musiqi Akademiyasının ətrafında onun adına küçə verilməsi bizim üçün çox sevindiricidir. Bir daha ölkə başçısına təşəkkürümü bildirirəm”.

view 2497 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news