İran yazıçısı ilə Bakıda görüş keçirilib

İran yazıçısı ilə Bakıda görüş keçirilib
calendar 24 iyul 2019
clock 09:52

İyulun 23-də Bakıda İran yazıçısı Mustafa Məsturla görüş keçirilib.

APA-nın məlumatına görə, görüş "Parlaq imzalar" nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Mustafa Məstur əsərlərindən, yaradıcılığındakı yenilikdən bəhs edib. Daha sonra oxucuların suallarını cavablandırıb.

Qeyd edək ki, Mustafa Məstur 1964-cü ildə İranda anadan olub. 1990-cı illərdən yazıçılıqla məşğul olur. Onun "Tanrının ay üzündən öp", "Cüzamlı əllər və donuz sümüyü", "Mən sərçə deyiləm" romanları Azərbaycan dilinə tərcümə edilib.

view 1853 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news