Şəhriyar Del Geraninin imza günü olacaq

 Şəhriyar Del Geraninin imza günü olacaq
calendar 28 sentyabr 2019
clock 09:48

Bu gün, saat 15-00-da, Bakı İdman Sarayında keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında tanınmış şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə...” kitabının imza və təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində işıq üzü görən kitabda 45 şeir toplanıb. Onlardan 33-ü yeni, 12-si beş il öncə çap olunan “Darıxmağın adı” kitabındandır.

Kitab “Təhsil” nəşriyyatında çap olunub.

Xatırladaq ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bir neçə tanınmış yazarın da imza günü olacaq.

Görüntünün olası içeriği: 1 kişi

view 1784 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news