Aqata Kristinin əsərləri ekranlaşdırılacaq

Aqata Kristinin əsərləri ekranlaşdırılacaq
calendar 26 avqust 2016
clock 11:17

BBC Aqata Kristinin detektiv əsərlərini ekranlaşdıracaq. Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Aqata Kristinin “On qaradərili” detektiv əsərinin motivləri əsasında “Nə ondan, nə bundan” adlı mini serialın çəkilişi uğurla başa çatıb.

Yeni ekran əsəri isə BBC-də yayımlanacaq. Yaxın dörd ildə məşhur detektiv yazarın “Günahsızlığın sınağı”, “Ölüm sonda gələcək”, “Əlifba üstündə qətl” əsərləri ekranlaşdırılacaq. Eyni zamanda daha dörd detektiv əsərin ekranlaşdırılması nəzərdə tutulub. Bundan əvvəl “Şahid ittihamları” iki bölümlük serialın çəkiliş planı da var idi.

Beləliklə, BBC-nin Aqata Kristinin romanları əsasında çəkiləcək ekran əsərlərinin sayı səkkiz oldu.

Xatırladaq ki, 2015-ci ildə BBC ekranlaşdırıdı “Cinayət şərikləri” serialı da Aqata Kristinin “Tommi və Tappens” romanı əsasında çəkilmişdi.

view 1214 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news