Kaşqari mükafatı Serhat Kabaklıya verildi

Kaşqari mükafatı Serhat Kabaklıya verildi
calendar 16 yanvar 2018
clock 10:12

Türk Ədəbiyyat Vəqfinin başqanı Serhat Kabaklı ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında göstərdiyi böyük xidmətlərə görə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən mükafatlandırılıb.

Fonddan Kulis.aza verilən xəbərə görə, 2007-ci ildə təsis olunan Beynəlxalq Mahmud Kaşqari Mükafatı Fondun mükafat komissiyası tərəfindən türk dünyasına xüsusi xidmətlərə görə verilir. Bu mükafatı alanlar sırasında Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Suleyman Dəmirəl, türk dünyasının böyük şəxsiyyətlərindən olan qazax şairi Oljas Suleymenov, akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, görkəmli qazax yazıçıları Sabir Dosanov və Berik Şaxanov, görkəmli hüquq alimi, professor İlham Rəhimov, dünya şöhrətli yazıçı Çingiz Abdullayev, böyük Azərbaycan şairi Sabir Rüstəmxanlı, Kaşqari “Divan”ını Azərbaycan dilinə çevirmiş Ramiz Əsgər kimi görkəmli şəxsiyyətlər var.

Mahmud Kaşqari adına Beynəlxalq Fond 2018-ci ili “Mahmud Kaşqari” ili elan edib və bu böyük şəxsiyyətin 990 illiyi ilə bərabər müxtəlif ölkələrdə törənlər keçirməyə hazırlaşır.

view 1016 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news