Həmvətənimiz Mariya Teatrında çıxış edəcək

Həmvətənimiz Mariya Teatrında çıxış edəcək
calendar 29 yanvar 2018
clock 16:22

Fevralın 7-dən 9-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Tunc atlı” baleti nümayiş etdiriləcək.

“Mariya-2” səhnəsində fevralın 8-də nümayiş olunacaq səhnə əsərində Yevgeni obrazını gənc balet artisti Timur Əsgərov ifa edəcək.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

view 951 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news