Emin Sabitoğlu haqqında kitab nəşr olunub

 Emin Sabitoğlu haqqında kitab nəşr olunub
calendar 15 fevral 2018
clock 23:10

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq artisti, bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığına həsr edilən kitabın nəşri başa çatdırılıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın ərsəyə gətirdiyi kitabda E. Sabitoğlunun həyatı və yaradıcılığının əsas istiqamətləri, musiqili səhnə əsərləri, simfonik əsərlər, kinofilmlərə yazdığı musiqilər və mahnılar əks olunub.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Yeni nəşr Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanacaq.\

view 1061 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news