“Grammy” mükafatının qalibi Bakıya gəlir

“Grammy” mükafatının qalibi Bakıya gəlir
calendar 26 fevral 2018
clock 09:55

Tanınmış böyük britaniyalı ifaçı Coss Stoun “Ümumi dünya turu” çərçivəsində ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək.

Təşkilatçılar bildiriblər ki, “Live in the Land of Fire” adlı konsert proqramı martın 3-də “The Landmark”ın Rotunda Cazz klubunda keçiriləcək. Konsertin əsas missiyası planetimizin hər bir ölkəsində universal musiqi dilini anlamaq və öyrənməkdir. R&B və reqqi janrların sintezini edən Coss Stone 12 illik karyerası çərçivəsində ifa etdiyi müxtəlif mahnıları ilə yanaşı, klassik musiqiləri və yeni yazılmış musiqiləri ifa edəcək.

Martın 4-də dünya şöhrətli ifaçı yerli musiqiçilər ilə görüşəcək.

Bakıya səfəri çərçivəsində Coss Stoun, həmçinin yerli xeyriyyə təşkilatları ilə də görüşməyi planlaşdırır. /azertag.az/

view 1115 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news