Prezident xalq artistinə mənzil bağışladı

Prezident xalq artistinə mənzil bağışladı
calendar 8 may 2019
clock 13:39

Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Qurban İsmayılova mənzil bağışlayıb.

Bu barədə ONA-ya aktyor özü məlumat verib.

O bildirib ki, mənzil şəraiti ilə bağlı dövlət başçısına müraciət edib: “Prezident müraciətimi müsbət qarşılayıb. Mənə verilən mənzil Yeni Yasamalda yerləşir. Mənzil 3 otaqdan ibarətdir. Ölkə başçısına mənə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.

view 1882 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news