Rahid Uluselin kitabı Rusiyada nəşr edildi

Rahid Uluselin kitabı Rusiyada nəşr edildi
calendar 7 iyun 2019
clock 18:10

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Мерцание” (Möcüzə) adlı aforizmlər kitabı Rusiyanın “Художественная литература” nəşriyyatında çapdan çıxmışdır.

Kulis.az xəbər verir ki, kitabın redaktoru Fəxrəddin Hacıyevdir.

Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair 24 kitabı nəşr edilmiş, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə Azərbaycanı təmsil etmiş Rahid Uluselin fəlsəfi yaradıcılığında mühüm yer tutan aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, hazır tapıntılardan daha çox axtarış düşüncəsini gücləndirmək enerjisini daşıyır.

Kitabın əsas məqsədi – yaşadığımız tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir. O, çağdaş Azərbaycan müəlliflərindən bir filosofun xaricdə çap olunmuş ilk aforizmlər kitabıdır.

view 1662 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news