Gürcüstan Fotoqraflar Assosiasiyası FİAP-ın potranajlığı ilə keçirilən Photo Salon «Georgian Drag – 2019» beynəlxalq fotomüsabiqəsinə yekun vurulub.
Kulis.az-ın verdiyi xəbərə görə, bu haqda Gürcüstanda ezamiyyətdə olan, AFB-nin bədii işlər üzrə sədr müavini, beynəlxalq foto ekspert, FEP-in, Rusiya Bədii Fotoqraflar İttifaqının üzvü, münsif heyəti kimi son turunda iştirak edən Rauf Umud məlumat verib.
FİAP-in, GPU-nin, GFA-nın AFB-ni və Photolife salonun təsis etdiyi mükafatlar uğrunda mübarizəyə 52 ölkədən 355 fotoqraf qatılmışdır. 4 bölmə üzrə 4733 foto əsərlədən İlk turdan keçmiş fotolar 157 makfat qazanmışdır.
- Azərbaycanlı rejissor beynəlxalq festivalda münsif olacaq
- Parisdə Azərbaycan kitabı təqdim olunacaq
- Müəllimlər günü şeiri: ...boş cibimiz küsən kimi
AFB –nin üzvləri Şahin Sərkərov qızıl, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc medala, Birliyin fəxri üzvü , Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova diploma layiq görülmüşlər.
Mükafatlandırma və qaliblərin yekun sərgisi sentyabr ayında Azərbaycanda baş tutacaq.