Parisdə Azərbaycan kitabı təqdim olunacaq

Parisdə Azərbaycan kitabı təqdim olunacaq
calendar 2 sentyabr 2019
clock 10:48

Paris şəhərində Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq

Bu barədə Kulis.aza Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Mühacirlərin həyatı” kitabında müəllifin qürbətdə keçən gənclik illəri, qardaşının Fransa üçün canından keçməsi, müharibə illərində yaşadığı çətinliklər, tanış olduğu maraqlı və o dövrün görkəmli şəxsləri ilə bağlı xatirələri toplanıb.

Eyni zamanda Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Alber Kamyu ilə əlaqələri də geniş yer alıb.

Kitab Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının çap olunub.

view 2081 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news