Türk aktyoru Burak Özcivit Kannı fəth edib

Türk aktyoru Burak Özcivit Kannı fəth edib
calendar 25 sentyabr 2019
clock 15:07

Populyar türk aktyoru Burak Özcivit Kannda keçirilən beynəlxalq sərgidə tamaşaçıları məftun edib. Bu barədə “Akşam” nəşri məlumat yayıb.

Mehmet Bozdağın studiyası və Türkiyənin ATV kanalı Kannda keçirilən “MIPCOM 2019” beynəlxalq sərgisinə özlərinin “Diriliş. Osman” adlı yeni tarixi dramının təqdimatını hazırlayıblar.

Tədbirin əvvəl şəbəkələrdə Burak Özcivitin fotoları və poster dərc edilib. Tamaşaçıların əksəriyyətinin fikrincə, onlar Osmanlı imperiyasının yaradıcısını məhz belə - gözəl, mərd, valehedici döyüşçü kimi təsəvvür edirdilər.

“Diriliş. Osman” serialına Burak Özcivitin təsviri ilə olan poster aktyorun həm pərəstişkarlarının, həm də onu sevməyənlərin qızğın müzakirəsinə səbəb olub. Yeni film hər bir halda Fransa tamaşaçısında dərin maraq doğurub. Filmin yaradıcıları qeyd edirlər ki, “Diriliş. Ərtuğrul” serialının yayımı dövründə belə hal baş verməyib. /azertag.az/

view 3377 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news