“Nəsimi” filmi Estoniyada nümayiş olunacaq

“Nəsimi” filmi Estoniyada nümayiş olunacaq
calendar 8 noyabr 2019
clock 09:43

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallindəki “Artis Cinema” salonunda Azərbaycan filmi “Nəsimi”nin nümayişi olunacaq.

Baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.

“Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub. /azertag.az/

view 2017 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news