Dünyanın ən bahalı hərracı keçirildi - FOTO

Dünyanın ən bahalı hərracı keçirildi - <span style="color:red;">FOTO
calendar 16 noyabr 2017
clock 11:02

Dünyaca məşhur XVI əsr intibah rəssamı Leonardo da Vinçinin İsa peyğəmbəri təsvir edən “Salvador Mundi” ("Dünyanın xilaskarı”) adlı tablosu açıq hərracda 450,3 milyon dollara satılıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 500 illik əsər ABŞ-ın Nyu-York şəhərində təşkil olunan hərracda satılıb. 450,3 milyon dollarlıq satış indiyə qədər hərracda bir sənət əsərinə ödənilən ən böyük məbləğdir.

1519-cu ldə vəfat edən Leonardo da Vinçinin günümüzə 20-dən daha az əsəri gəlib çatmışdır. Da Vinçinin sözügedən tablosu şəxsi kolleksiyaya qatılacaq. Mütəxəssislər əsərin 1505-ci ildən sonra yaradıldığını düşünür.

1958-ci ildə Londondakı hərracda 60 dollara satılmış bu əsərin Leonardo Da Vinçinin olduğu bəlli deyildi. 2005 ci ildə “İtmiş Leonardo” ləqəbi qoşulan bu tablonun məşhur rəssama aid olması bəlli oldu. 4 il əvvəl isə bu tablonu bir rus kolleksioneri 127 milyon dollara almışdı.

Leonardo da Vincinin Dünyanın Kurtarıcısı tablosu 450 milyon dolarlık rekor fiyata satıldı

view 1215 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news