Tanınmış yazıçı-jurnalist Nahid Hacızadə dünyasını dəyişib.
Bu barədə Kulis.aza mərhumun ailəsi məlumat verilib.
O, bu gün səhər vəfat edib.
- Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 GƏNC DAHİ
- Məmməd İsmayıl İtaliyada prezident seçildi
- 52-ci İstanbul Musiqi Festivalı başlayır - Klassik musiqinin nəhəngləri
Xatırladaq ki, N.Hacızadə xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Mərhum bu gün Binəqədi qəbiristanlığılnda torpağa tapşırılacaq.
Nahid Hacızadə 1936-cı ildə Gədəbəydə doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
Uzun müddət televiziya və radio sahəsində çalışan N.Hacızadə həm də Azərbaycan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru idi. Onun nəsr kitabları çıxmış, pyesləri ölkə teatrlarında tamaşaya qoyulmuşdu.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib.
Allah rəhmət eləsin.