Filosofun “Narın düşüncələr”i çap olundu

 Filosofun “Narın düşüncələr”i çap olundu
calendar 2 mart 2018
clock 16:04

Fəlsəfə üzrə elmlər doktoru, professor Rahid Uluselin uzun illər üzərində işlədiyi 22-ci kitabı – “Narın Düşüncələr”i “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.

Kitaba müəllifin “sayrışlar” adlandırdığı aforizmləri və lakonizmləri daxil edilib. İnsanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq enerjisini daşıyır. Onun əsas məqsədi – yaşadığımız tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir.

Bu aforizm və lakonizmlər dünyanın mahiyyətini inteqralında dərk etməyə çalışan canlı fikir damlalarıdır.

Kitabın redaktorları fəlsəfə doktorları Azər Turan və Nərgiz Cabbarlıdır.

view 1063 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news