Uşaqbazlığa görə aktyora 22 il cəza verdilər

Uşaqbazlığa görə aktyora 22 il cəza verdilər
calendar 3 aprel 2018
clock 10:14

Aktyor Muxtar Hüseynhaciyev pedofiliyadan 22 il həbs cəzası alıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, dağıstanlı aktyor, “Sonuncu mogikan” serialının oyunçusu uşaqbazlıqla günahlandırılıb.

İstintaq orqanlarının topladığı dəlillər 53 yaşlı aktyoru həbs etmək üçün kifayət edib. 2012-2015-ci illər arası Muxtar Hüseynhacıyevin azyaşlı uşaqlarla cinsi əlaqədə olduğu aşkara çıxıb. Onun cinayəti video görüntülərdə öz əksini tapıb.

Məhkəmə bütün bunları nəzərə alıb aktyora 22 illik ağır hökm oxuyub.

view 1126 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news