Ölümsüzlük iksiri tapıldı

Ölümsüzlük iksiri tapıldı
calendar 4 mart 2019
clock 15:16

Arxeoloqlar qədim sərdabədən “ölümsüzlük” eliksiri tapıblar.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, arxeoloqlar Çində, qədim bir sərdabədən əbədi həyat bəxş edən 3,5 litrlik içki tapıblar.

Eliksir e.ə. 202-ci ilədə yaşamış Qərbi Xan sülaləsinə aid qəbirdəki bürünc satılda saxlanılırmış. əvvəlcə arxeoloqlar elə bilib ki, onlar likör tapıb, çünki maye alkoqol qoxuyurmuş. Laboratoriya analizlərindən sonra sirli mayenin nitrat, kalium və alunitdən ibarət olduğu məlum olub. Qədim daos mətninə görə bu tərkib ölümsüzlük layihəsinin əsas komponentləridir.

view 1716 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news