Sumqayıtda kinoteatrın tikintisinə start verilib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 2-ci mikrorayonu ərazisində kinoteatrın inşasına başlanılıb. Belə ki, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş "Nizami" kinoteatrı sökülərək yenidən tikilir.
Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.
- Trierin yeni filminin adı bəlli oldu
- 9 qardaşı öldü, qəbrində quzu basdırdılar... - Onu kim kor eləmişdi?
- Rasim Qaracanın kitabı Təbrizdə
Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.