Azərbaycan ədəbiyyatında ən qısa hecalı şeir - Mətn

Azərbaycan ədəbiyyatında ən qısa hecalı şeir - Mətn
calendar 13 sentyabr 2019
clock 13:02

Kulis.az gənc yazar Elşad Baratın Azərbaycan ədəbiyyatında ən qısa hecalı şeirlərdən sayılan 4 hecalı şeirini təqdim edir.

Gecə keşdi
Saat beşdi
Bu nə işdi
Darıxmıram.

Hamı gəldi
Üzüm güldü
İçim öldü
Darıxmıram.

Yay darıxım
Qış darıxım
Nöş darıxım?
Darıxmıram.

Dünya tamı
Qırdı camı
Getdi hamı
Darıxmıram.

Öldü Şıqqı
Çıqqı-çıqqı
Allah haqqı
Darıxmıram.

view 3011 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news