Gənc şair beynəlxalq konfransda çıxış edəcək

Gənc şair beynəlxalq konfransda çıxış edəcək
calendar 20 sentyabr 2019
clock 13:20

Şair-tədqiqatçı Ramil Əhməd İstanbul Universiteti Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan II Beynəlxalq Sosial Elmlər Konfransında Bakının neft şəhərinə dönüşümü və bu dönüşümün şeirə yansıması” mövzusunda çıxış edəcək.

Kulis.azın verdiyi xəbərə görə, konfransda dünyanın müxtəlif ölkələrindən yazarlar və ədəbiyyatşünaslar iştirak edir. Bu il artıq ikinci dəfə keçirilən konfransın əsas mövzusu "Şəhərin dili” adlanır. Fransanın Limoges Universiteti və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi konfransın əsas dəstəkçiləridir.

Ramil Əhməd Bakının XIX əsrin ortalarından etibarən sürətli dəyişməsinin iqtisadi, sosial, tarixi tərəflərindən və bu dəyişikliklərin ədəbiyyata yansımasından danışacaq. Yazar Mayakovski, Nazim Hikmət, Rəsul Rza, Mikayıl Müşfiq və Süleyman Rüstəm örnəyində şeirdə yaradılan Bakı imajı, neft sənayəsinin şeirə gətirdiyi mövzu və üslublara işıq tutacaq.

view 1983 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news