Tanınmış yazıçının həyat yoldaşı intihar etdi

Tanınmış yazıçının həyat yoldaşı intihar etdi
calendar 19 mart 2015
clock 12:12

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti, yazıçı Məqsəd Nurun həyat yoldaşıdır.

view 1321 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news