Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək

Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək
calendar 7 avqust 2015
clock 09:29

Son günlər səhhətində yaranan problemlərlə bağlı gündəmə gələn tanınmış yazar Kənan Hacı bu gün xəstəxanaya yerləşdiriləcək.

Bu barədə Kulisə yazarın özü məlumat verib. O bildirib ki, “Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyadan zəng etmişdilər, məni sabaha (cümə günü - red.) çağırıblar”. K.Hacı əlavə edib ki, ilkin müayinə həyata keçiriləcək, nəticələr bəlli olandan sonra lazım gəlsə xəstəxanaya yerləşdiriləcək.

Xatırladaq ki, yazıçı Kənan Hacı uzun illərdir Hepatit C virusundan əziyyət çəkir. Vəziyyətinin getdikcə pisləşdiyini söyləyən yazar əlaqədar təşkilatların ona kömək edəcəyinə, ictimaiyyətin onun sağlamlığına laqeyd qalmayacağına ümid etdiyini bildirir.

view 1238 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news