Dünya şöhrətli müğənni Bakıda konsert verəcək

Dünya şöhrətli müğənni Bakıda konsert verəcək
calendar 9 avqust 2017
clock 21:36

Dünya şöhrətli fransız müğənni Patrisiya Kaas Bakıda konsert verəcək.

Kulisş.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert oktyabrın 18-də Heydər Əliyev Sarayında olacaq.

Patrisiya Kaasın 1988-ci ildə buraxılan “Mademuazel oxuyur” adlı ilk albomu müğənniyə Fransa, Belçika, İsveçrə, Almaniya, Avstriya və digər ölkələrdə böyük şöhrət gətirib.

Onun uğur qazanmasının bir səbəbi də daim qastrolda olmasıdır. Xatırladaq ki, Patrisiya Kaas 2014-cü ildə Bakıda da konsert verib.

view 1075 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news