Məleykə Əsədova-Ramiz Məlik məhkəməsi başladı

Məleykə Əsədova-Ramiz Məlik məhkəməsi başladı
calendar 30 noyabr 2017
clock 16:35

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, məhkəmədə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

R. Məlik APA-ya açıqlamasında barışıq tərəfdarı olduğunu deyib.

Qeyd edək ki, M. Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.

view 1793 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news