Məşhur rejissor Rusiya haqqında film çəkəcək.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, serb rejissor Əmir Kusturitsa Rusiya haqqında film çəkməyi düşünür.
Film Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsəri əsasında çəkiləcək.
- Film çəkdi, hamilə arvadını qətlə yetirdilər
- “Ulduz” filmi yeni versiyada
- LİMAK Çindən daşımalara başladı
Kusturitsa yazıçı haqqında bunları söyləyib:
“Mən çoxdandır Lermontova pərəstişkarlıq edirəm. Birinci dəfə “Zəmanəmizin qəhrəmanı” romanını oxuyanda anladım ki, burdakı hadisələr hər dəfə Rusiyada təkrarlanır və əsər həmişə təzə qalır. Bu möcüzəli romandı”.
Bundan əvvəl Dostoyevskinin əsərləri əsasında film çəkəcəyini söyləyən rejissorun planında Qırğızıstan haqda da film çəkmək istəyi var. Bu film isə Çingiz Aytmatovun əsərləri əsasında hazırlanacaq.