Suriyanın paytaxtında Puşkinin abidəsi qoyulub

Suriyanın paytaxtında Puşkinin abidəsi qoyulub
calendar 6 iyun 2019
clock 10:17

Suriyanın Dəməşq şəhərində “Sauva” məktəbində rus şairi Aleksandr Sergeyeviç Puşkinin büstü açılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, mərasim şairin anadan olmasının 220 illiyinə həsr olunub.

Rusiyanın Yazıçılar Birliyinin sədri Sergey Kotkalo belə abidələrin qoyulması ideyasının hələ 1999-cu ildə rus mədəniyyətinin təbliği kontekstində yarandığını deyib:

“Nə üçün Suriya? Bu, Yaxın Şərq ölkələrində xalq diplomatiyasına yeni yanaşmadır. Həm də Universitetdən yox, məktəbdən. Çünki hər şey uşaqlıqdan başlayır”.

Onun sözlərinə görə, belə oxşar abidələr Misirdə və İraqda da ucaldılıb.

view 1454 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news