Amerika rejissoru Kventin Tarantino Moskvada onun “Bir dəfə Hollivudda” adlı yeni filminə həsr olunmuş mətbuat konfransında növbəti filmindən danışıb.
Rejissorun sözlərinə görə, onun onuncu filmi sonuncu olmalıdır.
Kulis.az xəbər verir ki, Tarantino “360” kanalına müsahibəsində deyib: “Mən filmlərimin bütün məntiqini tamamlayacaq superfilm çəkmək istəyirəm. Ola bilsin, bu, sonuncu film olacaq və əvvəlki filmlərimin zirvəsinə çevriləcək”.
- Arif Məlikovun vəfatı ilə bağlı bəyanat yayılıb
- Yazıçılıq təhlükəli peşədir – Con Boyntonun essesi
- Çürük alma qoxlayan, evini fermaya çevirən, içkini özüylə gəzdirən... – Məşhur yazıçıların qəribəlikləri
Tarantino yeni filmini hansı mövzuda çəkəcəyini hələlik bilmir. Lakin o vurğulayıb ki, həmişə eyni əhvalatı danışıb.