Azərbaycan beynəlxalq festivalda təmsil olunur

Azərbaycan beynəlxalq festivalda təmsil olunur
calendar 31 avqust 2019
clock 13:52

Ankarada XVI Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalının açılışı olub. Mehtər marşının sədaları altında keçirilən təntənəli açılışa minlərlə insan qatılıb.

Etimesgut rayon bələdiyyəsi tərəfindən təşkil olunan festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəmizə aid stend qurulub. Festival çərçivəsində sentyabrın 8-də Azərbaycan günləri keçiriləcək.

Festival on gün davam edəcək. /azeretag.az/

view 2102 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news