Əli Kərimin şeirlər kitabının təqdimatı olacaq

Əli Kərimin şeirlər kitabının təqdimatı olacaq
calendar 25 sentyabr 2019
clock 18:46

27 sentyabr VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Əli Kərimin “Metronun yaylı qapıları” şeirlər kitabının təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, AYB-nin təşəbbüsü ilə çap olunan kitabda Əli Kərimin əsasən məşhur şeirləri toplanıb.

Nəşrdə yer verilən əsərlər bu yaxınlarda vəfatının 50-ci ildönümü tamam olan Əli Kərimin şair kimi əbədiyaşarlığını bir daha isbatlamaq, poeziyasının ən səciyyəvi cəhətlərini əks etdirmək baxımından xüsusi önəm daşıyır.

Kitab Əli Kərim poeziyasının vurğunları, eləcə də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər, gənc qələm sahibləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın təqdimatı 27 sentyabr Bakı İdman Sarayınnda, saat 16-30-da keçiriləcək.

view 2355 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news