Mingəçevirdə Adil Cəmilin yubileyi keçiriləcək

Mingəçevirdə Adil Cəmilin yubileyi keçiriləcək
calendar 31 oktyabr 2019
clock 10:15

Noyabrın 1-i saat 15-də Mingəçevir Dövlət Dram Teatrında görkəmli şair, ədəbiyyatşünas alim, əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, tədbir çərçivəsində yubilyarın kitablarından ibarət sərgi nümayiş etdiriləcək, aktyorların ifasında şeirləri səsləndiriləcək. Şairin vaxtı ilə məzun olduğu Mingəçevir şəhər 9 nömrəli məktəbin və Kəlbəcər rayon 35 nömrəli məktəbin şagirdləri şairi təbrik edəcəklər.

Yerli sənət və ədəbiyyat adamlarının, ictimaiyyət nümayəndələrinin qatılacağı tədbirdə paytaxtdan da tanınmış elm, ədəbiyyat və incəsənət adamların gələcəyi gözlənilir.

Tədbirin təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının Fəxri fərmanı ilə yanaşı yerli rəssamın çəkdiyi portret də yubilyara təqdim ediləcək.

view 2184 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news