Çernobıl faciəsi ilə bağlı yeni film çəkiləcək

Çernobıl faciəsi ilə bağlı yeni film çəkiləcək
calendar 6 noyabr 2019
clock 12:40

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov “Rosatom” dövlət şirkətinə 1986-cı ildə Çernobıl AES-də baş verən hadisələri olduğu kimi canlandıracaq filmin yaradılmasını təklif edib.

TASS agentliyinə xəbər verir ki, V.Cabarov İngiltərənin AES-lə bağlı hadisələri öz ekran əsərində təqdim edərkən təhrifə yol verdiyini söyləyib.

O deyib: “Bu yaxınlarda “Çernobıl” filmi işıq üzü görüb. Çoxları bu filmə baxıb. Bədii cəhətdən maraqlı olan bu ekran əsərində baş verən qəzada bəzi hadisələr təhrif olunub. Təəssüflə demək istəyirəm ki, cavanlar bu hadisəni görsəydilər filmə düzgün qiymət verərdilər”.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib. /azertag.az/

view 2376 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news