Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək. Kulis.azın məlumatına görə tədbir dekabrın 13-ü, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda baş tutacaq.
Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.
Tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.
- Ermənilərin dağıtdığı Dədə Şəmşirin məzarı - Video
- Milli Dram Teatrında “Yaşar” tamaşası olacaq
- Hollivud ssenaristləri Los-Ancelesdə etiraz aksiyası keçirdilər
Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı nəzərdə tutulur.
Arzu edənlər qatıla bilər.