Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "İqbalnamə'" əsəri Daşkənddə özbək dilində çap edilib.
Kulis.azın verdiyi xəbərə görə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə "Extremum Press" nəşriyyatında çap olunan əsəri orijinaldan çevirən Özbəkistanın Xalq şairi Camal Kamaldır.
Kitabın ön sözünün müəllifi Daşkənddəki Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov və Boqicon Toxliyevdir.
- Nizaminin “Leyli və Məcnun”u Kiyevdə nəşr olundu
- Məşhur yazıçı yeriyə bilmir
- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu rəsm aksiyasına start verdi