Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib

Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib
calendar 19 yanvar 2018
clock 17:31

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Əbdürrəhim Şirvaninin Tehranın Məclis kitabxanasında saxlanan Əfşarlar dövrünə aid türk dilinin leksika və qrammatikasından bəhs edən “Kitabi-məzhər əttürki” əsərinin surətini əldə edib.

Akademiyadan APA-ya verilən məlumata görə, müqəddimə, 4 fəsil və nəticədən ibarət olan bu kitabda Azərbaycan, Osmanlı, özbək dillərinin xüsusiyyətləri araşdırılır, farsdilli əhaliyə bu dillər barədə məlumat verilir.

Müəllif ayrı-ayrı sözlərin mənasını, leksik, morfoloji xüsusiyyətlərini izah edərkən Nəvai, Füzuli və başqa şairlərin əsərlərindən nümunə kimi istifadə edib.

view 1012 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news