“Dünyanın hörümçək toru”nun onlayn versiyası oxucuların ixtiyarına verildi

“Dünyanın hörümçək toru”nun onlayn versiyası oxucuların ixtiyarına verildi
calendar 28 fevral 2018
clock 12:30

Tomas Vulf “Dünyanın hörümçək toru” kitabının onlayn versiyası “Açıq kitab” elektron kitabxana portalına yerləşdirilib.

Kulis.azın məlumatına görə kitab Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin son nəşrlərindəndir.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dünyanın hörümçək toru”, “Baskom Hokun portreti” romanı, həmçinin "Parkda", “Qulliver”, “Günəş və yağış”, “Uzaqlardan və yaxında” kimi hekayələri daxil edilib.

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.

view 1032 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news