Murad Köhnəqala beynəlxalq festivala dəvət alıb

Murad Köhnəqala beynəlxalq festivala dəvət alıb
calendar 3 may 2018
clock 10:17

Tanınmış şair-yazıçı Murad Köhnəqala Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalına dəvət olunub.

Bu barədə Kulis.aza yazıçının özü məlumat verib: “Bu festival 2014-cü ildən etibarən keçirilir. Bu il mayın 14-19-u arası baş tutacaq festivala mən də dəvətliyəm.”

M.Köhnəqalanın sözlərinə görə, tədbirdə Avrasiya ölkələrindən olan tanınmış ədəbi simalar iştirak edəcək. Festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif dillərində yazan yazıçıların yaradıcılığı və şəxsiyyəti ilə tanışlıqdır:

“Festivala dəvət olunan hər bir yazıçının əsəri gürcü və ingilis dillərində çap edilərək iştirakçılara təqdim olunur. Eyni zamanda, diqqətçəkən əsərlərin Avropa dillərinə tərcüməsi və nəşri də nəzərdə tutulur.” – deyə yazıçı bildirib.

view 1080 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news