Yeni tamaşa təqdim olunacaq: “Tənbəl Əhməd”

Yeni tamaşa təqdim olunacaq: <span style="color:red;">“Tənbəl Əhməd”
calendar 7 iyun 2018
clock 16:52

İyunun 10-da Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.

Teatrdan Kulis.aza verilən xəbərə görə, Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən “Tənbəl Əhməd” gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi keyfiyyətləri aşılayır.

Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.

view 1128 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news