Kitabxananın şəklini çək  göndər, hədiyyə qazan

Kitabxananın şəklini çək  göndər, hədiyyə qazan
calendar 20 iyun 2018
clock 13:24

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.

Kulis.azın bilikfondu.gov.az saytına istinadən verdiyi xəbərə görə müsabiqədə iştirak etmək istəyənlər ev kitabxanalarının fotoşəklini çəkib göndərməlidirlər.

Fotolar 30 avqust 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərilməlidir.

Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə

təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqənin şərtləri:

Fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır.

Fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir.

Hər ailə müsabiqəyə iki foto təqdim edə bilər.

Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcəkdir.

Qeyd: Bu məqsədlə Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.

view 1096 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news