“Nəsimi ili” ilə bağlı şeir müsabiqəsi keçirilir

“Nəsimi ili” ilə bağlı şeir müsabiqəsi keçirilir
calendar 7 mart 2019
clock 16:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər keçirilir.

Martın 7-də Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Yasamal rayon İ.İbrahimov adına 167 nömrəli tam orta məktəbin şagirdləri arasında dahi mütəfəkkirin poeziyasına həsr olunmuş şeir müsabiqəsinə start verib.

Müsabiqənin məqsədi yeniyetmələrə Nəsimi poeziyasını sevdirmək və tanıtmaqdır.

Müsabiqənin qalibləri aprel ayında müəyyən ediləcək. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar./azertag.az/

view 1374 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news