Afaq Məsudun pyesi beynəlxalq müsabiqədə yer tutdu

Afaq Məsudun pyesi beynəlxalq müsabiqədə yer tutdu
calendar 10 dekabr 2015
clock 15:57

Dekabın 8-də Ankarada görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş I “Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi” qaliblərinin təqdimat mərasimi olub. Kulisin məlumatına görə müsabiqənin qalibi elan olunmuş üç əsər arasında Azərbaycan yazıçısı Afaq Məsudun “Mənsur Həllac” əsəri də yer alıb.

Mərasim Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun çıxışı və Haldun Tanerin yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb, sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimin sonunda Ankaranın “Küçük Tiyatro”sunda Haldun Tanerin “Gözlərimi kaparım, vazifemi yaparım” tamaşası göstərilib.

İlk dəfə düzənlənən beynəlxalq yarışmaya Türkiyə, İran, İraq, Liviya, Qazaxıstan, Qırğızıstan və digər 18 ölkədən qatılan əsərlərdən müsabiqəyə təqdimat şərtlərinə əməl olunmuş 109-u buraxılmış, 3 əsər qalib elan olunub.

Müsabiqə Avrasiya Yazarlar Birliyi, TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının və Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

view 1013 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news