Madonna bomj qardaşını evə qaytarıb - FOTO

Madonna bomj qardaşını evə qaytarıb - <span style="color:red;">FOTO
calendar 26 dekabr 2017
clock 10:09

Müğənni Madonnanın 61 yaşlı qardaşı Entoni Çikkone yeddi illik asosial həyat tərzindən sonra evə qayıdıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ulduz müğənninin qardaşı küçədə yaşayırmış və Miçiqanda körpünün altında gecələyirmiş. Madonna dəfələrlə ona köməyini təklif etsə də qardaşı imtina edirmiş.

Entonini ailənin üzümlüyündəki çaxır çənlərindən birinin qarşısında birbaşa çəndən çaxır içərkən tutduqdan sonra evdən qovmuşdular.

“Əgər çöldə soyuqdan donub ölsəm çox sevinərdi. Əgər ölsəm hətta ailəmin xəbəri də olmayacaqdı” – deyə Madonnanın qardaşı 2011-ci ildə jurnalistlərə intervüsündə deyirdi.

Madonnanın digər qardaşı bu günlərdə qardaşının alkoqol və narkotik asılılığından müalicə kursu keçdikdən sonra evə qayıtdığını xəbər verib.

view 1097 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news