Gənc şair AYB-nin Oğuz bölməsinə sədr təyin olunub

Gənc şair AYB-nin Oğuz bölməsinə sədr təyin olunub
calendar 5 yanvar 2018
clock 13:30

Gənc şair Vüsal Oğuz Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinə sədr təyin olunub.

V.Oğuzun Kulis.aza verdiyi məlumata görə, təklif AYB katibi İlqar Fəhmidən gəlib və rəhbərlik tərəfindən bəyənilib. Yaxın günlərdə yeni sədr ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, AYB-nin Oğuz bölməsi Oğuz, Qəbələ və İsmayıllı rayonlarının yazarlarını öz sıralarında birləşdirəcək.

İlin ilk kvartalı bu bölgə yazarlaırnın almanaxı hazırlanacaq.

Hələlik AYB bölməsinin öz binası yoxdur. Onlar Oğuz şəhər 2 saylı məktəbdə fəaliyyət göstərirlər.

view 1237 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news